Ermənistanda iki nəfər Rusiyanın İrəvandakı səfirliyinin girişinə qırmızı boya ilə dolu torbalar atıb.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Həmin şəxslər qaçaraq boyanı atıblar və səfirliyin mühafizəçisi onları dayandırmağa vaxt tapmayıblar.
Ermənistan KİV-nin məlumatına görə, erməniləri qızışdıran bir gün əvvəl BMT Təhlükəsizlik Şurasındakı dinləmələr zamanı Rusiya Federasiyasının nümayəndəsinin tarixi adı Xankəndi olan şəhərimizin elə tarixi adı ilə dilə gətirməsi olub. Və belə görünür ki, bu, ermənilərin tüstüsünü təpəsindən çıxarıb və intiqam almaq qərarına gəliblər. Onların intiqamı isə Rusiya səfirliyinə hücumdan ibarət olub.
Xatırladaq ki, XVIII əsrin sonlarında Xankəndi şəhəri Qarabağ xanlığı xanlarının xüsusi iqamətgahı olduğu üçün Xankəndi adlandırılmışdır.
1747-ci ildə Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu.
JASMİN