Xankəndidə yanacaq çəninin partlaması nəticəsində ölənlərin sayı 170 nəfərə çatıb.

Bu barədə İrəvanın 24News portalı məlumat yayıb.

"Xankəndidə qaz anbarında baş vermiş partlayış nəticəsində həlak olanların axtarışları davam edir, 170 nəfərin cəsədi tapılıb. İşlər davam edir", - portal yerli idarələrdən sitat gətirib.

Qeyd edək ki, bazar ertəsi axşam Xankəndi-Əsgəran avtomobil yolunun yaxınlığındakı qaz anbarında partlayış baş verib. 200-dən çox insan itkisi olduğu bildirilir. Hadisənin səbəbləri hələlik məlum deyil. Məlumata görə, yaralıların çoxluğu Ermənistana getməyə cəhd edən insanların toplanması ilə bağlıdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN