Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun nəşi dəfn edilib.
Tezadlar.az xəbər verir ki, mərhumun nəşi ll Fəxri xiyabanda torpağa tapşırılıb. Dəfn mərasimində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, müdafiə naziri general-polkovnik Zakir Həsənov və Xarici Kəşfiyyat İdarəsinin rəisi general-polkovnik Orxan Sultanov da iştirak ediblər.