İtaliya Qəzzada xəstəxanaya endirilən zərbə nəticəsində 50-yə yaxın adamın öldüyünü bildirib.

Baş nazirin müavini Antonio Tayani bildirib ki, xətəxanada baş vermiş "kütləvi qətliam" HƏMAS-ın üzərinə düşür.

İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani iddia edib ki, Qəzzada Əl-Əhli xəstəxanasına edilən hücumda Fələstin rəsmilərinin dediyi kimi 470-dən çox deyil, 50-yə yaxın adam həlak olub.

“Ölənlərin sayı 500 deyil, 50-yə yaxındır və qətliama görə İsrail deyil, HƏMAS cavabdehdir” deyib.

  İtaliyalı nazirin sözlərinə görə, indiyədək İsrailin reaksiyası “onun məruz qaldığı iyrənc hücuma uyğun olub”.

Xatırladaq ki, bir həftə öncə Qəzza zolağında Əl-Əhli xəstəxanasına edilən raket hücumunda 500-dən çox adamın həlak olduğu bildirilib.

Fələstin tərəfi hadisədə İsrail Hərbi Hava Qüvvələrini günahlandırıb. Lakin İsrail tərəfi bu ittihamları rədd edib.

İsrail ordusunun sözçüsü kontr-admiral Daniel Həqari brifinqdə  “Kəşfiyyat məlumatlarımıza görə, HƏMAS hesabatları yoxlayıb, bunun “İslami Cihad” raketi olduğunu anlayıb və həqiqətən baş verənləri ört-basdır etmək üçün qlobal media kampaniyası başlatmağa qərar verdi. Onlar qurbanların sayını artırmağa qədər gediblər",- deyib.

Daha sonra Amerikanın “The New York Times” nəşri bildirib ki, HƏMAS qruplaşması Qəzzada xəstəxanaya raket zərbəsi endirilməsi ilə bağlı maddi sübut təqdim etməyib. Təşkilat üzvlərinin özləri Qəzzada xəstəxanaya düşən raketin “suda duz kimi əridiyini” deyirlər.

 “O yoxa çıxdı. Heç nə qalmadı", - HƏMAS sözçüsü Qazi Həməd bildirib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN