Rusiyadan qaçan insanlar xaricdəki çətin həyat və Fələstin-İsrail münaqişəsinin qızışması səbəbindən kütləvi şəkildə vətənlərinə qayıtmağa başladılar.
Bu barədə Britaniyanın “Financial Times” qəzeti oktyabrın 25-də Avropa Universitetləri İnstitutunun alimləri Emil Kamalov və İvetta Sergeevanın məlumatlarına istinadən yazır.
Tədqiqatçılar belə nəticəyə gəliblər ki, xüsusi əməliyyat başlayandan sonra ölkəni tərk edən vətəndaşların 15%-ə qədəri Rusiyaya qayıdıb. Ruslar ilk növbədə xaricdə həyat keyfiyyətinin aşağı düşməsi ilə əlaqədar olaraq vətənlərinə qayıdırlar.
Geri qayıdan köçkünlərin çoxu ali təhsilli gənclərdir, xaricə getdikdən sonra həyat səviyyəsi aşağı düşüb: ruslar xaricdə pullarını və statuslarını itiriblər, bundan sonra yenidən Rusiyaya qayıtmaq qərarına gəliblər.
Avropa Universitetləri İnstitutunun alimləri qeyd ediblər ki, “bu, klassik mənada qətiliklə iqtisadi miqrasiya deyil”.
E.ŞİRİNOV