İsrail ordusu Qəzzanın HƏMAS quldurlarından təmizlənməsinədək hərbi əməliyyatları davam etdirmək niyyətindədir...

İsrailin “Aviv” telekanalının direktoru, İsraildə dərc edilən “Sputnik” qəzetinin baş redaktoru Mark Qorin "Təzadlar"a bu günkü açıqlamasında bu barədə danışdı. O, telefon söhbətində bunları dedi: "Ötən gün İsrailin Baş naziri Benyamin Netanyahu da bu barədə qəti mövqeni nümayiş etdirdi. O, bir daha bildirdi ki, blokada altındakı Qəzza zolağında fələstinli qrupların, eləcə də HƏMAS döyüşçülərinin saxladığı əsirlər azad olunmasa, hərbi əməliyyatlar dayandırılmayacaq. Cinayətkarlar isə İsrail ordusunu həmin əsirləri öldürəcəkləri ilə hədələyir, yaxud İsrail ordusu ətrafında mənfi rəy yaratmaq üçün özlərinin raket zərbələrindən ölənlərin foto və videosunu paylaşıb dünya ictimaiyyətini aldadırlar. Atəş kəs isə o zaman ola bilər ki, girovların hamısı azad ediləcək...".

 

Xatıdrladırıq ki, İsrailin Baş nazir ötən gün atəşkəslə bağlı qəti mövqeyini bildirib. O, bu qənaətini ondan atəşkəs elan etmək xahişi edən dövlət başçılarına da mesaj kimi xatırladıb.

Hərbi əməliyyatlar isə davam edir.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN