İsrail Müdafiə Qüvvələrinin (İMQ) döyüşçüləri Qəzza zolağında HƏMAS-ın xüsusi əməliyyatlarına cavabdeh olan Camal Musanı məhv edib.
Tezadlar.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"İMQ döyüşçüləri HƏMAS terror təşkilatı üçün xüsusi əməliyyatlara cavabdeh olan Camal Musa da daxil olmaqla bir neçə HƏMAS terrorçusunu öldürüb. Bundan əlavə, İsrail ordusunun əsgərləri quru döyüşlərində HƏMAS batalyon komandirlərini öldürüblər", - deyə məlumatda bildirilir.
Mətbuat xidməti əlavə edib ki, əməliyyat “HƏMAS terrorçularını təqib etmək səyləri çərçivəsində” və “Baş Təhlükəsizlik Xidməti və Ordu Kəşfiyyatının kəşfiyyat məlumatlarına uyğun olaraq” həyata keçirilib.
“1993-cü ildə Camal Musa Qəzza zolağında patrulluq edən İMQ əsgərlərinə atəş açıb”, - deyə ordunun mətbuat xidməti qeyd edib.
E.ŞİRİNOV