Fələstinin radikal HƏMAS hərəkatının silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları Qüdsdəki hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Tezadlar.az xəbər verir ki, qrupun Telegram kanalında yayımlanan bəyanatda deyilir: "İzzəddin əl-Qəssam Briqadaları bu səhər işğal altındakı Qüds şəhərinin şimal-qərb girişində baş vermiş qəhrəmancasına əməliyyata görə bütün məsuliyyəti öz üzərinə götürür".

HƏMAS-ın yaraqlı qanadının bildirdiyinə görə, hücum İsrailin cinayətlərinə, Qəzza zolağında və İordan çayının qərb sahilində uşaq və qadınların öldürülməsinə, həmçinin Məscidül-Əqsaya qarşı təhqirlərə cavab olaraq həyata keçirilib.

İsrailin Kan radiostansiyasının verdiyi məlumata görə, Şərqi Qüdsdən olan iki fələstinli Təl-Əvivdən şəhərin girişində odlu silahdan istifadə edərək terror aktı törədib. Radikallar avtomobili avtobus dayanacağına aparıb, maşından düşüb və orada dayanan insanlara tapança və M16 tüfəngindən atəş açmağa başlayıblar. İsrail əsgərləri cavab atəşi ilə onları məhv ediblər.

İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti daha əvvəl bu hücum nəticəsində azı üç israillinin öldüyünü, altısının isə yaralandığını bildirmişdi. İzzəddin əl-Qəssam briqadasının məlumatına görə, 12 israilli yaralanıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN