Keçmiş Pentaqonun rəhbəri Mark Esper MSNBC YouTube kanalına müsahibəsində bildirib ki, Donald Tramp qarşıdan gələn ABŞ prezident seçkilərində qalib gəlsə, ölkəni NATO-dan çıxaracaq və bu, alyansın sonu olacaq.

O qeyd edib ki, bu halda qəti şəkildə NATO-ya üzv ölkələrdən qoşunların çıxarılmasını gözləmək olar ki, bu da son nəticədə blokun dağılmasına gətirib çıxaracaq.

Esper hesab edir ki, bu, ABŞ hegemonluğunun sonu olacaq. Hadisələrin bu inkişafı ilə Esper əmindir ki, ötən illərdə yaradılmış “qaydalar və normalar” məhv olacaq.

Qeyd edək ki, növbəti Amerika prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Keçmiş dövlət başçısı Donald Tramp artıq 2022-ci ilin noyabrında bu vəzifə uğrunda mübarizənin başladığını elan edib. Ağ Evin hazırkı rəhbəri Co Bayden yenidən Amerika lideri seçilərsə, ikinci prezidentlik müddətinin əvvəlində onun 82 yaşı tamam olacaq.

Noyabrın 5-də “The New York Times” yazıb ki, Tramp altı tərəddüdlü ştatdan beşində hazırkı həmkarı Co Baydeni qabaqlayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN