Avropa Komissiyası Ukrayna üçün Avro Sülh Fondunun genişləndirilməsindən ibarət “qabaqcıl təhlükəsizlik təminatları” hazırlayıb və Aİ ölkələrinə təklif edib. Qərar dekabrın 14-15-də Aİ sammitində veriləcək.
Tezadlar.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Josep Borrell Aİ xarici işlər nazirlərinin toplantısına gələrkən deyib.
Onun sözlərinə görə, Ukrayna bu həftənin sonunda Aİ sammitində təqdim olunacaq qabaqcıl təhlükəsizlik zəmanətləri ilə təmin olunacaq və nazirlər həmçinin Aİ-nin Kiyevə dəstəyini necə genişləndirəcəyini müzakirə edəcəklər.
Borrell əlavə edib ki, ona sammitdə təhlükəsizlik təminatlarını təqdim etmək səlahiyyəti verilməlidir, bu, əsasən Avropa Sülh Fondunun genişləndirilməsindən ibarətdir (Brüssel onun vasitəsilə Kiyevə silah tədarükünü maliyyələşdirir).
Borrell daha əvvəl bildirmişdi ki, Avropa İttifaqı ilin sonuna qədər Ukraynaya 1 milyon mərmi və raket göndərmək planını yerinə yetirə bilməyəcək.
E.ŞİRİNOV