İsveç hökuməti yaxın vaxtlarda Ukraynaya 1,4 milyard kron (134 milyon dollar) məbləğində yeni yardım paketini açıqlayacaq.
Tezadlar.az xəbər verir ki, bu barədə baş nazir Ulf Kristersson və beynəlxalq əməkdaşlıq naziri Yohan Forssel mətbuat konfransında bildiriblər.
“Bu günə qədər bu, İsveçin Ukraynaya ikitərəfli yardımı çərçivəsində ən böyük dəstəkdir”, - Kristersson qeyd edib.
Vəsaitlər ümumi xarici yardım büdcəsindən gələcək. Bunun 900 milyon kron (86 milyon dollar) Ukraynanın əsas infrastrukturunu - enerji, mənzil, səhiyyə və nəqliyyatı dəstəkləmək üçün Dünya Bankı tərəfindən yaradılan fonda ayrılacaq. Daha 300 milyon kron (28,7 milyon dollar) Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən yaradılmış Ukrayna üçün Ətraf Mühit və Enerji Fonduna köçürüləcək.
100 milyon kron (9,6 milyon dollar) BMT-nin ərzaq proqramlarına, 75 milyon (7,2 milyon dollar) məktəb və uşaq bağçalarında sığınacaqların tikintisi üçün YUNESKO-ya gedəcək, 25 milyon (2,4 milyon dollar) isə mülki idarəetmə kanalları vasitəsilə bölüşdürüləcək.
Cümə axşamı hökumətin iclasında rəsmi qərar veriləcək yeni paket İsveçin Ukraynaya yardımının ümumi məbləğinin 30 milyard krona (2,87 milyard dollar) çatması deməkdir.
E.ŞİRİNOV