İtaliya, Almaniya və Fransa HƏMAS-a qarşı sanksiyalar təklifini dəstəkləyir.

Ölkələrin xarici işlər nazirlərinin birgə məktubunda deyilir ki, tədbir “İsraillə həmrəyliyi ifadə etmək məqsədi daşıyır və hərəkatın terror fəaliyyətinin qarşısını almaqdır”.

İtaliya, Almaniya və Fransa Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Josef Borrellin “Həmas liderlərinə qarşı sanksiya rejimi” tətbiq etmək təklifini dəstəkləyir.

   ANSA-nın məlumatına görə, hələ noyabr ayında Aİ Xarici İşlər Nazirləri Şurasının iclasında İtaliya, Fransa və Almaniya belə bir tədbir təklif etmişdilər.

İtaliya, Fransa və Almaniyanın xarici işlər nazirlərinin məktubunda deyilir: “Aİ-nin 7 oktyabrda baş vermiş hücumların təkrarlanmasının qarşısını almaq üçün konkret addımlarla HƏMAS terror qruplaşması və onun tərəfdarlarına qarşı bütün lazımi tədbirləri görməsi vacibdir”.

 Xatırladaq ki, Avropa İttifaqı bir neçə gün öncə HƏMAS-ın iki hərbi rəsmisini sanksiya siyahısına salıb.

 Qara siyahıya Fələstin HƏMAS hərəkatının yaraqlı qanadının - İzzəddin əl-Qəssam Briqadalarının rəhbəri Məhəmməd əl-Deif və onun müavini Mərvan İsanın adı daxildir.

JASMİN

 

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN