Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi (MTK) çevrilişlə bağlı kütləvi həbslər həyata keçirib.
Tezadlar.az xəbər verir ki, MTK-nın məlumatına görə, “KG Group” şirkətinin baş direktoru İmamidin Taşovun dövlət çevrilişinin təşkili ilə bağlı iş üzrə aparılan istintaq zamanı ölkənin müxtəlif rayonlarından olan onlarla şübhəlinin şəxsiyyətini müəyyənləşdirib.
“Xüsusən də, iğtişaşların təşkilinə hazırlıqları Taşovun maliyyələşdirməsi barədə məlumat daxil olub. Hökumətin devrilməsini planlaşdıran şəxslər saxlanılıb. Vətəndaş M.A.İ. Oş və Cəlal-Abad vilayətləri üzrə koordinator kimi müxtəlif bəhanələrlə insanları toplayıb kütləvi aksiyalar təşkil etməli olub”, - deyə idarədən bildirilib.
Yanvarın 10-da Milli Təhlükəsizlik Dövlət Komitəsi Taşov və fəal Tilekmət Kurenova qarşı hakimiyyəti zorakılıqla ələ keçirmək ittihamı ilə cinayət işi açıb. Bundan bir qədər əvvəl iş adamı şöbə əməkdaşlarını hədə-qorxu ilə tələb etməkdə ittiham edib.
2023-cü ilin mayında Qırğızıstanın xüsusi xidmət orqanları dövlət çevrilişinə cəhddə şübhəli bilinən bir qrup şəxsi də saxlayıb. Bununla belə, mümkün sui-qəsdçilərin adları qeyd olunmayıb.
E.ŞİRİNOV