Ukrayna prezidenti Vladimir Zelenskinin İrəvana mümkün səfəri Ermənistana qarşı təxribat və onun Rusiya ilə münasibətlərində geri dönüş nöqtəsi olardı.

Tezadlar.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu parlamentin plenar iclasında Respublika Milli Assambleyasının müxalif “Ermənistan” fraksiyasından olan deputatı Areqnaz Manukyan bildirib.

Onun fikrincə, xarici qüvvələr Moskvaya qarşı ikinci cəbhə açmaq üçün Ukrayna liderinin İrəvana səfərini təşkil etməyə çalışır.

“(Ermənistanın baş naziri) Nikol Paşinyana bu tamaşada erməni Zelenski və ya (Gürcüstanın keçmiş prezidenti Mixail) Saakaşvili rolu verilir. Paşinyan şəxsi hesablamalarına və maraqlarına əsaslanaraq Ermənistanı Rusiya ilə Qərbin, Qərblə İranın qarşıdurmasında alver obyektinə çevirdi”, - deyə Manukyan əlavə edib.

Bundan əvvəl Ermənistanın “Faktor TV” telekanalı Zelenskinin Ermənistana səfərinə hazırlıq barədə məlumat yayıb. Bu məlumatı şərh edən Ermənistan parlamentinin spikeri Alen Simonyan Ukrayna prezidentinin mümkün səfərinin “müsbət dəyişikliklər gətirəcəyinə” ümid etdiyini bildirib.

​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN