Mixail Saakaşvilinin əfv edilib-edilməməsi ilə bağlı qərar Gürcüstan prezidentinin mənəvi məsuliyyətidir və ona kənardan təsir etmək olmaz.

Tezadlar.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu dövlət başçısı Salome Zurabişvili deyib.

Gürcüstanın sabiq prezidenti Saakaşvili 2021-ci il oktyabrın 1-də vətənində saxlanılıb. Siyasətçi səkkiz ildə ilk dəfə ona qarşı bir neçə cinayət işinin qaldırıldığı ölkəyə gəlib. Həbs edildikdən sonra o, həbsxanada olub. 2021-ci ilin payızında Saakaşvili aclıq aksiyasına başlayıb və səhhəti kəskin şəkildə pisləşib. Vəkili Şalva Xaçapuridze qeyd edib ki, müvəkkilində ondan çox xəstəlik aşkarlanıb.

Gürcüstanın hazırkı rəhbərinin sözlərinə görə, o, sələfinin əfv olunması məsələsini şərh etmir və onun real səbəblərdən həbsdə olduğuna inanır.

“Bu, özüm verəcəyim və buna görə özümə cavabdeh olacağım mənəvi bir qərardır. Bu, xarici və ya daxili təzyiqin təsir edə biləcəyi məsələ deyil”, - Zurabişvili bildirib.

Onun fikrincə, payızda parlament seçkilərinin keçirilməsi Saakaşvilinin dəqiq harada olacağından asılı deyil, lakin “humanitar perspektivi” nəzərə almağa dəyər.

“Nə etmək olar deyə soruşduqda mən razıyam ki, reputasiya baxımından onun başqa yerdə olması daha yaxşı olardı. Digər ölkələrin istifadə etdiyi bir çox imkanlar var - ev dustaqlığı, ekstradisiya”, - Zurabişvili əlavə edib.

O, Ukraynanın Saakaşvilini qəbul etməyə hazır olduğuna diqqət çəkib.

Bundan əvvəl Ukrayna parlamenti, daha sonra isə müxalif “Mtavari Arxi” televiziya şirkətinin yaradıcısı Nika Qvaramiya və sabiq prezidentin özü Saakaşvikinin əfv olunması xahişi ilə Zurabişviliyə müraciət etmişdilər.

Eyni zamanda, hələ 2023-cü ildə Saakaşvili demişdi ki, hazırkı dövlət başçısı Salome Zurabişvili asanlıqla “atanı uşaqlarına qaytara bilər”.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN