5 bal gücündə (MSK-64 şkalası üzrə) yeraltı təkanlar Almatı şəhərinin sakinləri tərəfindən hiss olunub.

Tezadlar.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmik stansiyalar şəbəkəsi martın 4-də yerli vaxtla saat 11:22-də (Bakı vaxtı ilə 10:22-də) zəlzələ qeydə alıb. Zəlzələnin episentri şəhərdən 31 km cənubda yerləşir. Qazaxıstan ərazisində Almatıda zəlzələnin enerji sinfi 13,2, MPV maqnitudası isə 6,1-dir”, - məlumatda deyilir.

Almatı Fövqəladə Hallar İdarəsi sirenləri işə salıb. Məlumata görə, şəhər sakinləri yeni yeraltı təkanlardan ehtiyat edərək kütləvi şəkildə küçələrə çıxıblar. Səsgücləndiricilər vasitəsilə insanlar panikaya düşməməyə çağırılıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, zəlzələ Almatı vilayətində 5 bal, Jetısu vilayətində 2 bal gücündə hiss olunub. "Almatı Fövqəladə Hallar Departamentinin şəxsi heyəti "Yığma" siqnalı ilə qaldırılıb. Tələfat barədə məlumat yoxdur, monitorinq aparılır, zəlzələnin nəticələri barədə məlumat toplanır", - mətbuat xidmətindən bildiriblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN