Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Ermak bildirib ki, indiki mərhələdə Rusiya ilə razılaşma mümkün deyil.

Tezadlar.az bu barədə “Politico”ya istinadən xəbər verir.

“Müharibənin əvvəlində Ukraynanın ruslarla danışıqlar aparan qrupuna başçılıq edən Ermak bildirib ki, indi Moskva ilə sövdələşmə tamamilə qeyri-mümkündür”, - nəşr yazır.

Ermakın sözlərinə görə, Ukrayna “müstəqilliyimizlə bağlı heç bir güzəştə getməyəcək”. O, həmçinin qeyd edib ki, Rusiya Ukrayna münaqişəsinin həlli üçün “danışıqlarda maraqlı deyil”.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya öz maraqlarını nəzərə alaraq, mümkün sülh danışıqları zamanı Ukraynanın qanuni maraqlarını təmin etməyə hazırdır.

Diplomat Çinin Ukraynada nizamlanma planını da müsbət qiymətləndirib. Onun sözlərinə görə, Pekin “ağıllı şeylər” deyir. Xüsusilə, sənəddə Qərbin Rusiyanın xüsusi əməliyyatından xeyli əvvəl tətbiq etdiyi birtərəfli sanksiyaların ləğvinin zəruriliyi qeyd olunub. Bu əsasda prosesin bütün iştirakçıları üçün bərabər təhlükəsizliyin təmin edilməsinə razılıq vermək olar, - bu, Rusiyanın mövqeyidir.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN