Ukrayna Silahlı Qüvvələri (USQ) Zaporojye Atom Elektrik Stansiyasının təlim mərkəzinə hücum edib, dron binanın damı üzərində zərərsizləşdirilib, itki və dağıntı yoxdur.
Tezadlar.az bildirir ki, bu barədə stansiyanın Telegram kanalında məlumat verilib.
“USQ yenidən Zaporojye AES-in unikal təlim mərkəzinə hücum etdi. Dünyada yeganə tammiqyaslı reaktor zalı simulyatorunun yerləşdiyi Zaporojye AES-in “G” binasının damında USQ-nin pilotsuz təyyarəsi zərərsizləşdirilib Hücum nəticəsində dağıntı olmayıb”, - deyə məlumatda bildirilir.
Aprelin 9-da Ukraynaya məxsus pilotsuz uçan aparat artıq dünyada yeganə tammiqyaslı reaktor zalı simulyatorunun yerləşdiyi Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) mərkəzinin damına düşüb. Həmin hücum nəticəsində də heç kim xəsarət almayıb.
“Artıq iki həftədir ki, Ukrayna Silahlı Qüvvələri həm Enerqodar şəhərinə, həm də Zaporojye AES-ə hücum edir və bununla da Ukrayna Silahlı Qüvvələrinin nüvə təhlükəsizliyinə təhdid yaradır BMT Təhlükəsizlik Şurasında Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) tərəfindən müəyyən edilmiş nüvə təhlükəsizliyinin yeddi prinsipinin və Zaporojye nüvə təhlükəsizliyi atom elektrik stansiyalarının beş prinsipinin bilavasitə pozulmasıdır”, - məlumatda deyilir.
Zaporojye AES Enerqodarda yerləşir və ümumi gücü 6 QVt olan altı enerji blokundan ibarətdir. Bu, Avropanın ən böyük atom elektrik stansiyasıdır. 2022-ci ilin fevral ayının sonunda obyekt Rusiya qüvvələri tərəfindən nəzarətə götürülüb. O vaxtdan bəri Ukrayna ordusunun bölmələri pilotsuz uçuş aparatları, ağır artilleriya və çoxsaylı reaktiv raket sistemlərindən istifadə etməklə, vaxtaşırı Enerqodarın həm yaşayış məntəqələrini, həm də stansiya ərazisini atəşə tutub.
E.ŞİRİNOV