Krım Respublikasının rəhbəri Sergey Aksenov respublikada sakinlərin və qonaqların müdafiəsi üçün görülən təhlükəsizlik tədbirlərini hərtərəfli hesab edir.
Tezadlar.az xəbər verir ki, o, bu barədə “Rossiya-24” telekanalının efirində deyib.
“Xüsusi hərbi əməliyyat keçirərək biz cəbhə xəttinə yaxın olan rayonlardan birində yerləşmişik. Eyni zamanda bütün xidmətlər tərəfindən görülən təhlükəsizlik tədbirləri kompleks şəkildə həyata keçirilir. Krımın heç bir quru əməliyyatı ilə təhdid edilməyəcəyinə zəmanət verilir. Bu hissədə heç bir təhlükə yoxdur", - deyə Aksenov bildirib.
E.ŞİRİNOV