Polşa prezidenti Anjey Duda bildirib ki, mayın 1-də o, baş nazir Donald Tusk ilə ölkədə nüvə silahının yerləşdirilməsi ilə bağlı danışacaq.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Dudanın sözlərinə görə, o, ABŞ-a son səfəri zamanı Varşavanın Nüvə Paylaşımı proqramında iştirakı ilə bağlı mövqeyini bildirib. Bundan sonra Tusk onunla bu məsələni müzakirə etmək arzusunda olduğunu bildirib.
“Bu gün mən cənab Baş nazirə mayın 1-də günortadan əvvəl prezident sarayına dəvət göndərdim. Ümid edirəm ki, cənab Baş nazirlə Nüvə Paylaşımı məsələsini müzakirə edəcəyəm”, – Polşa prezidenti bildirib.
Duda aprelin 22-də səhər saatlarında Amerika nüvə silahlarının Polşada peyda olması ehtimalından danışıb. O, bəyan edib ki, əgər NATO müttəfiqləri Şimali Atlantika Alyansının şərq cinahının təhlükəsizliyini gücləndirmək üçün bu silahları Polşa ərazisində yerləşdirmək qərarına gəlsələr, onda Varşava buna hazır olacaq.
E.ŞİRİNOV