Vatikan Roma Papası Fransiskin yepiskoplarla görüşündə işlətdiyi homofobik ifadəyə görə üzr istəyib.

Tezadlar.az bu barədə “Reuters”-ə istinadən xəbər verir.

"Papa Fransisk homofobik söyüşlərdən istifadə etmək istəmədi", - Vatikanda qeyd olunub.

Agentliyin məlumatına görə, pontifik inciyən hər kəsdən üzr istəyir. Vatikan xatırladıb ki, Roma Katolik Kilsəsinin rəhbəri kilsələrin hər kəs üçün açıq olduğunu dəfələrlə bəyan edib.

Qeyd edəkki, bir gün əvvəl Roma Papası Fransisk yepiskoplarla görüşdə homofobik ifadə işlədib. “Corriere della Sera” qəzetinin yazdığına görə, o, LGBT namizədlərinin din xadimlərinə buraxılıb- buraxılmaması məsələsinə toxunarkən danışıq dilindən istifadə edib. Pontifik bu qərarın rədd edilməsinə diqqət çəkib. Onun sözlərinə görə, artıq seminariyalarda qeyri-ənənəvi oriyentasiya nümayəndələri həddən artıq çoxdur. Roma Papası italyan dilində təhqiredici hesab edilən “frociaggin” sözünü işlədib.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN