Ermənistan tarixində ilk dəfə olaraq təhlükəsizlik qüvvələri bütün ermənilərin katolikosu II Karekinin Sardarapat memorialına daxil olmasına mane olmağa çalışıb.
Tezadlar.az xəbər verir ki, bu barədə yerli “24News” portalı məlumat yayıb.
Jurnalistlərin sözlərinə görə, baş nazir Nikol Paşinyanın mühafizəçisi və “qara berelilər” insan zənciri yaradaraq, ruhanilərin nümayəndələrinin abidə kompleksinə daxil olmasına mane olmağa çalışıblar. Aydın olur ki, sonda katolikos yenə də həmin yerə çata bilib və Sardarapat döyüşünün “qəhrəmanlarına” (Sərdarabad döyüşü — Birinci Dünya müharibəsi gedişində 21—28 may 1918-ci il tarixində erməni daimi ordusu və könüllülərlə Osmanlı ordusu arasında Sərdarabad dəmiryol stansiyası yaxınlığında (Sovet dönəmində Oktemberyan, hazırd isə Armavir) baş vermiş döyüş - RED.) ehtiram göstərə bilib.
E.ŞİRİNOV