Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiya hərbi obyektlərinə Qərb silahları ilə zərbələr endirməsi münaqişənin genişlənməsinə gətirib çıxarır, lakin bu, Kiyevin özünümüdafiə hüququdur.

Tezadlar.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq İspaniyanın “La Vanguardia” qəzetinə müsahibəsində deyib.

“Özünümüdafiə hüququ BMT Nizamnaməsində təsbit olunub. Bu hücumların gəldiyi yerlərə hücum etmədən bunu necə tətbiq edə bilərsiniz? Münaqişələrdə riskə səbəb olmayan həll yolları yoxdur”, - deyə baş katib bildirib.

Stoltenberq həmçinin əlavə edib ki, NATO üçün Rusiyanın münaqişədəki uğuru, ehtimal ki, vəziyyətin daha da gərginləşməsi olacaq. Onun sözlərinə görə, Qərb Kiyevə yardımı artırmalı və yeni silahlarla təmin etməlidir.

Bundan əvvəl Stoltenberq bildirib ki, Ukrayna artıq Rusiyaya Qərbin uzaqmənzilli silahları ilə zərbə vura bilər, çünki bir sıra ölkələr ilkin olaraq bu cür tədbirlərə qarşı çıxmayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN