Yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri də avtomobillərin hərəkəti zamanı sürücülərin ara məsafəsinə düzgün əməl etməməsi və məcbur qalıb sərt tormozlamadan istifadə etməsidir.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciətində deyilir.

Növbəti belə qəza ötən gün axşam saatlarında Heydər Əliyev prospektində baş verib. Həmin qaydalara əməl etməmək bəzən ölüm və xəsarətlə nəticələnən qəzaların baş verməsinə və yollarda sıxlığın yaranmasına səbəb olur.

Müraciətdə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bütün sürücülərə “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsindəki qaydaya nəzər salmağı tövsiyə edərək xatırladır: “Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, öndə gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün lazım olan hallar istisna edilməklə, avtomobili sərt tormozlamaq qadağandır”.

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN