Zakarpatiyada 32 nəfər hərbi dövlət nömrə nişanlı Ukrayna yük maşınına minib Macarıstana qaçıb.
Tezadlar.az xəbər verir ki, strana.ua bu barədə ukraynalı jurnalist Vitali Qlaqolinin məlumatlarına istinadən yazır.
Hadisə Zakarpatiya vilayətində Kosino-Barabaş keçid məntəqəsi yaxınlığında baş verib.
Sərhədçilər əvvəlcə sahədən sərhədə doğru hərəkət edən avtomobilin izlərini görüblər. Sonra kameralardan qara rəngli hərbi nömrəli “QAZ-66” markalı yük maşınının sərhədi keçdiyini görüblər.
Yoxlama zamanı məlum olub ki, avtomobil hərbi hissələrdə qeydiyyatda deyil.
Yük maşını daha sonra Macarıstan tərəfindən aşkar edilib. Orada olan 32 nəfər Barabaş kəndinin kənarında Macarıstan polisinə təslim olub.
Ukraynanın Dövlət Sərhəd Xidməti hələlik vəziyyəti şərh etməyib.
Səfərbərlik gücləndirildikdən sonra ukraynalı kişilər cəbhəyə getməmək üçün hər vasitə ilə ölkəni tərk etməyə çalışırlar. Ukrayna hakimiyyəti qaçanların Macarıstan və Rumıniyaya qaçmasının qarşısını almaq üçün Tisa çayının sahillərini minalayıb.
Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına görə, səfərbərlikdən yayınan 45-ə yaxın ukraynalı dağlardan və çaylardan keçərək qaçmaq istəyərkən həlak olub.
E.ŞİRİNOV