Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə gecəsi parlament binası qarşısında baş verən toqquşmalar zamanı polisin hərəkətlərini proporsional adlandırıb və müxalifətin ölkənin qanunverici orqanına hücum etməyə cəhd etdiyini deyib.
“Polisin cavabı qanuni və peşəkar idi və bütün oxşar hallarda polis eyni hərəkəti həyata keçirəcək. Etirazçılar parlamentə hücum etmək üçün polis xəttini zorla keçməyə çalışıblar. Polis Ermənistanın qanunvericilik institutunu, polis Ermənistanın dövlətçiliyini müdafiə edib”, – o, parlamentdə çıxış edərkən deyib.
E.ŞİRİNOV