Qətl, zorlama və bir sıra digər cinayətlərdə təqsirli bilinən şəxslərə soyadını, adını və atasının adını dəyişmək qadağan edilməlidir.

Belə bir qanun layihəsini Dövlət Dumasına “Yeni İnsanlar” fraksiyasından olan deputatlar təqdim ediblər.

Müəlliflər deputatlar Georgi Arapov və Vladislav Davankov idi. Qadağanın səbəbləri arasında qəsdən sağlamlığa ağır xəsarət yetirmə, döyülmə, işgəncə, adam oğurluğu, insan alveri və terror aktı da göstərilib.

Təşəbbüskarlar izah ediblər ki, mövcud qanunlara görə, ictimai təhlükəli əməllər törətmiş şəxslərin tam adlarını dəyişmək və bu cinayətlərin törədilməsini faktiki olaraq digər vətəndaşlardan gizlətmək hüququ var. Qanun qəbul olunarsa, belə məhkumlarla təmasda olan vətəndaşlar potensial təhlükəni öyrənə və ehtiyat tədbirləri görə biləcəklər.

İzahnamədə beynəlxalq təcrübə də öz əksini tapıb. Dünyanın bir sıra ölkələri cinayətkarlar, o cümlədən cəzasını çəkmiş şəxslər üçün onların tam adının dəyişdirilməsinə oxşar qadağanı nəzərdə tutan müvafiq qanunları artıq qəbul edib və ya qəbul etməyə hazırlaşır. Belə ki, Kanadanın Britaniya Kolumbiyası əyalətində analoji qanun layihəsi qəbul olunmaq üçün hazırlanır. Məhdudiyyətlər ona görə təklif edilir ki, məhkum edilmiş cinayətkarlar öz şəxsiyyətlərini gizlətməyə çalışırlar ki, bu da qurbanları və onların ailələrini narahat edir, onların təhlükəsizliyinə təhlükə yaradır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN