Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, görüş gömrük sistemində tətbiq edilən yeniliklərlə bağlı biznes nümayəndələrinin məlumatlandırılması, gömrük-biznes münasibətlərinin gücləndirilməsi məqsədilə təşkil olunub.

Görüşdə gömrük xidmətlərinin rəqəmsallaşdırılması, əlçatanlığının artırılması və asanlaşdırılması məqsədilə tətbiqinə başlanan “ÖZÜNET” layihəsi barədə sahibkarlara məlumat verilib, eyni zamanda aksizli malların idxal-ixrac proseslərində qarşıya çıxan məsələlər müzakirə olunub, bu sahədə qanunvericiliyin tələbləri izah edilib.

Sonda biznes nümayəndələrinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN