Ukrayna Dövlət Sərhəd Xidməti Odessa vilayətində sərhədi qanunsuz keçmək istəyən 11 nəfəri saxlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Strana.ua” yazır.
Qeyd olunur ki, onlar iki avtomobillə Moldovaya doğru dolama yollarla hərəkət edərkən yaxalanıblar. Sərhədçilər bildiriblər ki, kişilər bunun üçün 6 min dollar ödəyiblər.
Əvvəllər bildirilirdi ki, Ukraynada səfərbərliyin artması səbəbindən bəzi yerlərdə ölkəni tərk etmək üçün rüşvət məbləği 20 min dollara qədər artıb və işin uğurlu nəticəsinə zəmanət yoxdur. Qeyd olunur ki, hazırda Kiyevdə xaricə qeyri-qanuni səyahətin dəyəri 13-15 min dollar (əvvəllər 10-12 min dollar) qiymətləndirilir. Odessa və Nikolayev vilayətlərində oxşar “xidmət” 20 min dollara başa gələcək və rüşvətxorlar bu məbləğə belə uğurlu çıxışa zəmanət vermirlər. Keçmiş SBU polkovnik-leytenantı Vasili Prozorov agentliyə izah edib ki, "məbləğin əsas hissəsi sərhədçilərə gedir ki, gözlərini yumub lazımi anda üz çevirsinlər".
Xatırladaq ki, 2024-cü il mayın 18-də Ukraynada səfərbərliyi sərtləşdirən qanun qüvvəyə minib.
E.ŞİRİNOV