Dövlət Gömrük Komitəsində “Yüksəliş” müsabiqəsinin qalibi, Bakı Baş Gömrük İdarəsinin əməkdaşı Şəfəq Həsənəlizadə və müsabiqənin final mərhələsində iştirak edən Gömrük Riskləri İdarəsinin əməkdaşı Turan Namazlı ilə görüş keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, “Yüksəliş” müsabiqəsinin builki finalında uğur qazanan əməkdaşları təbrik edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müsabiqə çərçivəsində qazanılan təcrübə, bilik və bacarıqların onların gömrük əməkdaşları olaraq karyera yüksəlişinə, peşəkar fəaliyyətlərinə mühüm təsir edəcəyinə əminliyini bildirib.
Qeyd edək ki, bu il müsabiqənin final mərhələsində 118 namizəd iştirak edib. 25 qalib arasında Bakı Baş Gömrük İdarəsinin əməkdaşı Şəfəq Həsənəlizadə də olub.
R.XUDATQIZI