Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin müharibədə uduzduğuna dair fikirləri dəyişmək cəhdləri ilə əlaqədar Kursk vilayətinə müdaxilə ərəfəsində Ukrayna Silahlı Qüvvələrinin komandanlığına təzyiq göstərib.
Tezadlar.az xəbər verir ki, bu barədə “The Sunday Times” məlumat yayıb.
Nəşrin yazdığına görə, o, uzun aylar ərzində “hərbi rəhbərlərinə yay əks-hücum əməliyyatına başlamaq üçün təzyiq göstərib”, “Ukraynanın insanlar və resurslarla bağlı problemlərini tərəddüdlə nəzərə alıb”.
Qəzetə görə, Rusiyanın bu hücumu dayandırmaq üçün bütün mümkün tədbirləri görməsi fonunda Kursk vilayətinin işğalı Zelenskinin ən riskli qərarlarından biridir.
Müdafiə Nazirliyinin son məlumatına görə, Kiyev Kursk istiqamətində hərbi əməliyyatlar başlayandan bəri 1350-yə qədər hərbi qulluqçu, 29 tank və 23 zirehli transportyor itirib.
E.ŞİRİNOV