Ukrayna məhkəməsi xüsusi hərbi əməliyyatı və Rusiya prezidenti Vladimir Putinin siyasətini dəstəkləyən Sumı vilayətinin sakinini cəzalandırıb.

Tezadlar.az bildirir ki, bu barədə “Moskovski Komsomolets” Ukrayna mətbuatına istinadən xəbər verir.

Müstəntiqlərin fikrincə, həmin şəxs həmkəndliləri ilə söhbətlərində Ukraynanı tənqid edib və Rusiyanı dəstəkləyib. Məhkəmədə o, bunu münaqişəsi olduğu qonşularına nifrət etdiyi üçün etdiyini bildirib.

Məhkəmənin hökmü ilə həmin şəxs şərti olaraq 3 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, ondan ukraynalı şair Taras Şevçenkonun “Kobzar” adlı şeirlər toplusunu oxuması tələb olunub.

Xatırladaq ki, aprel ayında Ukraynanın şimal-qərbindəki Lutsk şəhərinin məhkəməsi çağırış vərəqələrinin verildiyi kanalı idarə edən qadını Silahlı Qüvvələrin qanuni fəaliyyətinə mane olmaqda təqsirli bilib. O, 5 il həbs cəzası alıb, lakin sınaq müddətində qanunu pozmamaq şərti ilə azadlığa çıxıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN