ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahunun 2023-cü ilin oktyabrında radikal Fələstinin HƏMAS hərəkatının yaraqlıları tərəfindən oğurlanan girovları azad etmək səylərini yüksək qiymətləndirib.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Qeyd olunur ki, Netanyahunun girovları azad etmək üçün yetərincə hərəkət edib-etməməsi ilə bağlı suala Bayden mənfi cavab verib. Lakin Ağ Evin mətbuat xidməti bu sözlərə heç bir izahat əlavə etməyib.
"Xeyr" deyə Bayden müvafiq suala qısaca cavab verib.
Xatırladaq ki, ötən il oktyabrın 7-də İsrailin sərhəd bölgələri HƏMAS-ın genişmiqyaslı hücumunun hədəfinə çevrilib, bu zaman hərəkatın yaraqlıları girov götürmə praktikası keçirib. Onların bəziləri hələ də əsirlikdədir.
E.ŞİRİNOV