ABŞ Venesuela prezidenti Nikolas Maduronun təyyarəsini ələ keçirərək, təyyarəni Floridaya göndərib.

Tezadlar.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

 Kanalın həmsöhbətlərinin sözlərinə görə, təyyarə Amerikanın sanksiyalarından yayınaraq alınıb. Bu gün, sentyabrın 2-də ABŞ onu Dominikan Respublikasından Floridaya yönləndirib, - onlar əlavə ediblər.

“Bu, ən zirvəyə bir siqnal göndərir. Xarici dövlət başçısının təyyarəsini qaçırmaq eşidilən cinayətdir. Biz açıq mesaj veririk ki, heç kim qanundan üstün deyil, heç kim ABŞ sanksiyalarından kənarda deyil”, - ABŞ rəsmilərindən biri CNN-ə deyib.

Qeyd olunur ki, təyyarənin həbsində ABŞ-ın bir neçə federal qurumu, o cümlədən FTB, Sənaye və Təhlükəsizlik Bürosu və Ədliyyə Nazirliyi iştirak edib. Bundan əlavə, telekanalın mənbələrindən birinin məlumatına görə, ABŞ rəsmiləri Dominikan Respublikası ilə sıx əməkdaşlıq ediblər.

Xatırladaq ki, iyulun 28-də Maduronun qalib gəldiyi Venesuelada prezident seçkiləri keçirilib. Birləşmiş Ştatlar buna qarşı çıxıb, dünya ictimaiyyətini digər namizədi – müxalifət lideri Edmundo Qonzalesi qalib kimi tanımağa çağırıb. Onlar Venesueladakı seçkilərin nəticələrini uydurma hesab edirlər. Hələ 2020-ci ildə Birləşmiş Ştatlar Maduronu “narkoterrorizm, korrupsiya və narkotik alverində” ittiham etmişdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN