İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani Amerika mətbuatının Tehranın Rusiyaya silah tədarükü ilə bağlı xəbərlərini “psixoloji müharibə” adlandırıb.

Tezadlar.az xəbər verir ki, onun sözlərini “Fars” sitat gətirir.

CNN daha əvvəl bildirmişdi ki, İran Ukraynada istifadə olunmaq üçün Rusiyaya yaxın mənzilli ballistik raketlər təhvil verib.

Kanaani bu mesajları “psixoloji müharibə” adlandırıb.

“İran Rusiyaya bir dənə də olsun raket göndərməyib. Biz heç bir tərəfi dəstəkləmirik və münaqişənin "qanunsuz" olduğuna inanırıq", - o deyib.

Kanaani əlavə edib ki, İran və Rusiya Federasiyası arasında əməkdaşlıq “beynəlxalq normalara əsaslanan ikitərəfli razılaşmalar çərçivəsində həyata keçirilir və Ukrayna münaqişəsi ilə heç bir əlaqəsi yoxdur”.

Xatırladaq ki, Kiyev və onun Qərb müttəfiqləri dəfələrlə Tehranı Moskvanı Ukraynada istifadə üçün silahla təmin etməkdə ittiham ediblər. İran bu xəbərləri təkzib edir. Bundan əlavə, Tehran Ukraynadan Rusiyanın İran istehsalı olan PUA-lardan istifadəsinə dair sübut təqdim etməyi xahiş etsə də, hələ ki, bunu almayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN