“Şirvan” və “Kürdəmir” gömrük postlarında xarici ticarət iştirakçıları ilə görüş keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, gömrük sistemində aparılan təkmilləşdirilmələr və yeniliklərlə bağlı sahibkarların məlumatlandırılması məqsədilə təşkil edilən görüşdə “ÖZÜNET” layihəsi barədə xüsusi təqdimat nümayiş etdirilib, xidmətlərin əlçatanlığının artırılması, vətəndaş və sahibkar məmnuniyyətinin təmin olunmasındakı rolundan bəhs olunub.
Həmçinin görüşlərdə “ÖZÜNÖDƏ” elektron xidməti barədə də ətraflı məlumat verilib.
Sonda sahibkarlar tərəfindən səsləndirilən təklif və rəylər dinlənib, onların sualları cavablandırılıb.
R.XUDATQIZI