Almaniya, Avstraliya, Hollandiya və Kanada Əfqanıstanda qadınlara qarşı ayrı-seçkiliyə görə “Taliban”a qarşı Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldıracaq.

Tezadlar.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Onların xarici işlər nazirləri BMT-nin iclasında deyiblər ki, “Taliban” “Əfqanıstanda kobud və sistematik insan haqları pozuntuları və sui-istifadələr, xüsusən də qadınlara və qızlara qarşı gender ayrı-seçkiliyi” törədir və BMT-nin qadın hüquqlarına dair müqaviləsini pozur.

Hakimiyyətdə olduqları müddətdə “Taliban” qadınların ictimai yerlərdə üzləri açıq görünməsinə, eləcə də istirahət yerlərində, bağlarda və parklarda müşayiətsiz görünməsinə qadağa qoyub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN