Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinin təşkil etdiyi "Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr " mövzusunda keçirilən konfransda iştirak etdik. TEZADLAR.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı, MCP lideri Razi Nurullayev sosial media hesabında bildirib.
Depuatat konfransda çıxış etdiyini və mühüm mesajlar verdiyini açıqlayıb.
"Qeyd etdim ki, Azərbaycan minalarla çirklənmə indeksinə görə dünya ölkələri içərisində beşinci yeri tutur. Amma buna baxmayaraq, minaların təmizlənməsi üçün Azərbaycana göstərilən beynəlxalq dəstək zəifdir. Kömək edən bütün ölkə və təşkilatlara təşəkkürümü bildirirəm və onlara göstərdikləri dəstəyi daha da artırmağa çağırış edirəm.
Çıxışımda qeyd etdim ki, bütün dünya üzrə minadan zərər çəkənlərin 85 faizi mülki insanlardır. Bu acınacaqlı statistika minaların qadağan olunmasını tələb edir. İnanıram ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanandan sonra hər iki ölkə minaların qadağan olunması ilə bağlı beynalxalq konvensiyaya üzv olacaqlar", - deyə vurğulayıb.
JASMİN