Türkiyənin TUSAŞ korporasiyasının Ankaradakı müəssisəsində törədilmiş terror aktında öldürülən terrorçulardan ikisinin də şəxsiyyəti müəyyənləşib.
TEZADLAR.AZ TRT-yə istinadən xəbər verir ki, Türkiyənini daxili işlər naziri Əli Yerlikaya TUSAŞ-a edilən terror hücumunda zərərsizləşdirilən kişi terrorçunun bölücü terror təşkilatı PKK üzvü "Rojger" kod adlı Əli Örek, qadın terrorçunun isə Mine Sevjin Alçiçek olduğunu açıqlayıb.
Yerlikaya sosial media hesabından etdiyi açıqlamasında bunları deyib:
"Dünən TUSAŞ-da törədilən xain terror aktında zərərsizləşdirilən kişi terrorçunun kimliyi məlum olub. Xain PKK terror təşkilatının üzvü, "Rojger" kod adlı Əli Örekdir. Digər qadın terrorçunun şəxsiyyətini müəyyənləşdirmə işləri davam edir. Yerlikaya qadın terrorçunun da PKK üzvü Mine Sevjin Alçiçek olduğunun müəyyənləşdiyini bildirib.
"TUSAŞ-a hücum edən hər iki terrorçunun PKK üzvü olduğu bəlli oldu. Ölkəmizin birliyini, həmrəyliyini, sülhünü hədəfləyən xain terror təşkilatını torpaqlarımızdan təmizləməkdə qərarlıyıq. Bir daha Allahdan rəhmət diləyirəm. Allah bir daha şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza da şəfalar diləyirəm. Heç bir terror aktı əziz millətimizi qorxuda bilməz".
Qeyd edək ki, xain hücumda 6 nəfər şəhid olub.