Gürcüstanda parlament seçkilərindən sonra toqquşmalar və iğtişaşlar “demək olar ki, qaçılmazdır”, çünki həm hökumət, həm də müxalifət qələbə gözləyir.

Tezadlar.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” nəşri yazır.

"Həm hökumət, həm də müxalifət alyansı qalib gəlmək yolunda olduqlarını deyirlər, nəticədə toqquşma qaçılmazdır", - qəzet yazır.

Bundan əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası qarşıdan gələn parlament seçkilərində qalib gələrsə, o, həbsxanaya göndərilə bilər. Hakim partiya qalib gəlsə və müxalifəti qadağan etmək və məsuliyyətə cəlb etmək planını həyata keçirsə, nə baş verəcəyini təxmin etməyi xahiş edən jurnalistin sualını prezident belə cavablandırıb.

Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib ki, Rusiya Gürcüstandakı parlament seçkilərinə təsir edə bilməyəcək.

Qeyd edək ki, Gürcüstanda seçkilər oktyabrın 26-na təyin edilib. Hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası səsverməni ölkə üçün son dərəcə vacib adlandırır. Hakimiyyət baxımından gürcülər ölkəni sınaq meydanına çevirmək və sülh arasında seçim edəcəklər. Eyni zamanda, respublika prezidenti Salome Zurabişvili və müxalifət “Gürcü arzusu”nu “Rusiyayönlü siyasətdə” ittiham edir. Onların fikrincə, seçkilər Aİ və ya Rusiya üçün referendum olacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN