Londonun Rusiyaya mümkün hücumlarla bağlı rəsmi mövqeyi dəyişməyib - Böyük Britaniya belə bir təşəbbüsü dəstəkləmir.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Böyük Britaniyadakı səfiri Andrey Kelin danışıb.

“London hazırda Rusiya ərazisinə zərbələr endirilməsinin tərəfdarı deyil”, — Kelinin sözlərini TASS sitat gətirib.

O qeyd edib ki, məlumat qeyri-müəyyənliklə əhatə olunsa da, mövqeyin dəyişməz qaldığı təsdiqlənib.

Kelin əlavə edib ki, Londonun bu məsələ ilə bağlı qərarı ABŞ-la təmaslardan asılıdır. Britaniyanın "Storm Shadow" raketlərinin istifadəsi Amerika kəşfiyyatı ilə bağlıdır, - deyə səfir fikrini yekunlaşdırıb.

Oktyabrın 10-da Böyük Britaniyanın baş naziri Keir Starmer və Ukrayna lideri Vladimir Zelenski arasında keçirilən görüş Ukraynanın Rusiyaya qarşı zərbələrinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına gətirib çıxarmayıb. O vaxtdan bəri Böyük Britaniya mövqeyini dəyişməyib, - “Reedus” xəbər verir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN