Kazanda keçirilən BRİKS sammiti nəticəsində Aİ dünyanın qalan hissəsinə “mühazirə oxumağı” dayandırmaq üçün siqnal aldı.

Tezadlar.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzetinə Avropa Şurasının rəhbəri Çarlz Mişel bildirib.

“Biz nəyin doğru və nəyin yanlış olduğunu bildiyimizə əminik. Biz heç olmasa (digər ölkələrin – RED.) niyə fərqli düşündüyünü anlamaq üçün səy göstərmirik”, - deyə o vurğulayıb.

Mişel bildirib ki, Aİ blokun strateji, ticarət və ya siyasi əməkdaşlıq müqavilələri imzaladığı inkişaf etməkdə olan ölkələrə daha çox hörmət göstərməlidir.

O, əlavə edib ki, Aİ tərəfdaş ölkələrinin Kazanda keçirilən BRİKS sammitində iştirakı Brüssel üçün dünyanın digər hissələrinə “mühazirə oxumağı” dayandırması üçün bir siqnal olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN