Qırğızıstanda respublikanın yeni himnini yazmaq qərarına gəliblər ki, onu bütün qırğız xalqı oxuya bilsin.

Tezadlar.az “Sputnik Qırğızıstan”-a istinadən xəbər verir ki, bunu ölkə parlamentinin spikeri Nurlanbek Şakiyev deyib.

“İndi ölkəmiz ayağa qalxıb, inkişaf yolu ilə gedir, ona görə də biz himni dəyişməliyik. Bizə bütün qırğız xalqının oxuyacağı himn lazımdır”, - o deyib.

Qeyd edək ki, 2023-cü ilin dekabrında Şakiyev də Qırğızıstanın dövlət bayrağının dəyişdirilməsinin təşəbbüskarlarından biri olub. Müvafiq qanun layihəsini həmin il dekabrın 22-də ölkə prezidenti Sadır Cəfərov imzalayıb. Qırğızıstanın yeni bayrağında günəşin təsviri dəyişdirilib. 1992-ci ildən istifadə edilən versiyadan fərqli olaraq, günəş şüaları birbaşa təsvir edilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN