Ukrayna artıq iki dəfə Türkiyənin vasitəçiliyi ilə Rusiyaya təkliflərlə müraciət etsə də, öz təşəbbüslərindən dərhal imtina edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramı üçün Olqa Skabeyevaya müsahibəsində danışıb.
“Türkiyəli tərəfdaşlarımız dəfələrlə Ukrayna tərəfdən bəzi təşəbbüslərlə bağlı təkliflərlə bizə gəliblər”, - Rusiya prezidenti qeyd edib.
“Ancaq biz razılaşanda məlum oldu ki, Ukrayna tərəfi artıq iki dəfə bundan imtina edib”, - deyə Rusiya lideri bildirib.
E.ŞİRİNOV