Polis Akademiyasında nəzəriyyə ilə təcrübənin vəhdəti prinsipinə əsaslanaraq kursantlar arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, nəzəri biliklərinin möhkəmləndirilməsi və təcrübədə tətbiq etmə bacarığının inkişaf etdirilməsini təmin etmək məqsədilə Akademiyaya dəvət olunmuş elm adamları, hüquqşünaslar və təcrübəli mütəxəssislərin iştirakı ilə keçirilən silsilə mühazirə dərsləri davam etdirilir.

Polis Akademiyasından Tezadlar.az-a verilən xəbərə görə, 24 oktyabr 2024-cü il tarixində “Kriminalistika” kafedrası tərəfindən tədris edilən “Məhkəmə ekspertizası” fənni üzrə DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin Krimininalistika şöbəsinin rəisi, polis polkovniki Elçin Mahmudov “Məhkəmə-ballistik, məhkəmə-partlayış texniki, soyuq və digər silah ekspertizaları” mövzusu üzrə III kurs kursantlara mühazirə dərsi keçib.

polis-ak-25-2

Həmin mövzu üzrə məhkəmə-ballistik ekspertizasının mahiyyəti, obyektləri, növləri, vəzifələri və həll etdiyi məsələlər, odlu silahların, döyüş sursatlarının, partlayış-texniki və soyuq silahların ekspertizası, giliz və gülləyə görə silahın eyniləşdirilməsi, güllənin uçuş xəttinin müəyyən edilməsi, atəş izlərinin tədqiqi, müqayisəli tədqiqat üçün materialların hazırlanmasına dair ətraflı məlumatlar mühazirə zamanı kursantların nəzərinə çatdırılıb.

İnteraktiv təlim metodları ilə keçən mühazirə dərsi kursantlar tərəfindən böyük maraqla qarşılanıb. Onları maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.

R.XUDATQIZI

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN