İraqın şimalındakı sığınacaqlarından qaçan separatçı terror təşkilatı PKK-nın 3 üzvü Habur sərhəd polisinə təslim olub.
TEZADLAR.AZ TRT-yə istinadən xəbər verir ki, Türkiyənini Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bu ifadələrə yer verilib: "Türkiyə hərbçilərinin həyata keçirdiyi qətiyyətli əməliyyatları nəticəsində İraqın şimalındakı sığınacaqlarından qaçan 3 PKK terrorçusu Haburdakı sərhəd-buraxılış məntəqəsindəki təhlükəsizlik qüvvələrinə təslim olub. Terrorçuların yeganə çıxış yolu Türkiyə ədalətinə təslim olmaqdır".
Eyni zamanda, nazirlik İraqın şimalındakı Hakurk, Qara, Qəndil və Sincar bölgələrində həyata keçirilən hava əməliyyatları nəticəsində 34 terror hədəfinin məhv edildiyini və çox sayda terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
Daxili işlər naziri Əli Yerlikaya da "qırmızı" kateqoriya üzrə axtarışda olan PKK/KCK terrorçusu "Faraşin-Bedran" ləqəbli Ramazan Aktaşın Mardində keçirilən əməliyyatla zərərsizləşdirildiyini bildirib.
Əli Yerlikaya rəsmi internet səhifəsində paylaşım edərək "Xainlərin nəfəs almasına icazə verməyəcəyik. Əməliyyatlarımız əzmlə davam edəcək" deyib.