İran İsrailin hücumu səbəbindən ölkənin hava məkanını bağladıqdan sonra Bakı vaxtı ilə saat 09:30-dan etibarən uçuşların qəbulu və göndərilməsini bərpa edir.
Tezadlar.az bildirir ki, bu barədə İslam Respublikasının Mülki Aviasiya Təşkilatının nümayəndəsi məlumat verib.
"Bu şənbə günü saat 09:00-dan uçuşlar normallaşacaq", - IRNA xəbər agentliyi nümayəndədən sitat gətirib.
"Sərnişinlər aviaşirkətlərlə təmasda olmalı və aviadaşıyıcıların göndərdiyi mesajlara xüsusi diqqət yetirməlidirlər. Onlar həmçinin aviaşirkətlərdən dəqiq uçuş vaxtları və ya uçuş gecikmələri barədə məlumat almalıdırlar", - o əlavə edib.
Qeyd edək ki, oktyabrın 26-da İsrail Müdafiə Qüvvələri "aylardır davam edən hücumlara" cavab olaraq İrandakı hərbi obyektləri vurduğunu bildirib.
Xatırladaq ki, oktyabrın 1-də İran ordusu HƏMAS, Hizbullah və İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) rəhbərliyində olan əsas şəxslərin öldürülməsinə cavab olaraq yəhudi dövlətinə iri raket hücumu həyata keçirib.
E.ŞİRİNOV