Şiə “Hizbullah” qruplaşması ilk dəfə olaraq İsrailin şimalında evakuasiya əmri verib.

Tezadlar.az xəbər verir ki, bu barədə Əl-Cəzirə kanalı məlumat yayıb.

Məlumata görə, xəbərdarlıq İsrailin şimal hissəsində, Livanla sərhəddən 3-22 km məsafədə yerləşən və təxminən 200 min İsrail vətəndaşının yaşadığı 25 yaşayış məntəqəsinə aiddir. “Hizbullah” bildirir ki, yaşayış məntəqələri İsrail işğalçı qüvvələrinin Livana hücum etmək üçün yerləşdirildiyi hərbi postlara çevrilib. "Sizdən dərhal təxliyyə olunmağınız xahiş olunur. Sizin məskunlaşdığınız ərazilər Livana hücum edən düşmən silahlı qüvvələrinin yerləşdiyi və məskunlaşdığı məkana çevrilib və nəticədə İslami Müqavimət HHQ-nin hava və raket qüvvələri üçün qanuni hərbi hədəflərə çevrilib", - xəbərdarlıqda deyilir.

“Bu, İsrail ordusunun Beyrutun cənub ətraflarında, eləcə də Livanın digər bölgələrində istifadə etdiyi taktikadır. İşğalçı qüvvələr ərəb nümayəndəsi Avichai Edri vasitəsilə Beyrutun cənub ətrafı, Livanın cənubu, Bekaa vadisi və bu yaxınlarda Tire şəhərinin böyük hissələrindən ərəb dilində təxliyə əmri veriblər. Onların içərisində İslam müqavimətinin istifadə etdiyi hərbi texnika var idi. İndi ilk dəfə olaraq “Hizbullah” İsrail xalqını öz hücumları barədə xəbərdar etmək üçün eyni taktikadan istifadə edir”, - deyə kanal bildirib ki, bunu İsrail və “Hizbullah” arasında yeni bir eskalasiya səviyyəsi kimi qiymətləndirmək olar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN