Rusiya hava hücumundan müdafiə sistemləri ötən gecə Rusiya regionları üzərində Ukraynaya məxsus 51 pilotsuz təyyarəni məhv edib və ələ keçirib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Növbəti hava hücumundan müdafiə sistemləri Ukraynanın 51 pilotsuz uçuş aparatını məhv edib və ələ keçirib", - bəyanatda deyilir.
Belə ki, Tambov vilayəti ərazisi üzərində Ukraynaya məxsus 18 pilotsuz uçuş aparatı ələ keçirilib, 16-sı Belqorod vilayəti üzərində vurulub. Daha dörd pilotsuz təyyarə Bryansk, Lipetsk və Oryol vilayətlərinin əraziləri üzərində, üçü Voronej vilayətinin ərazisi üzərində məhv edilib. Bundan əlavə, bir PUA Kursk bölgəsi üzərində və biri Azov dənizi üzərində vurulub.
E.ŞİRİNOV