Fələstin prezidenti Mahmud Abbas Qəzza zolağına səfər etmək istəyir, lakin orada davam edən döyüşlər və İsrail buna mane olur.

Tezadlar.az bildirir ki, bu barədə RİA Novosti-yə Fələstin liderinin müşaviri Mahmud əl-Həbaş məlumat verib.

"Prezident risklərə baxmayaraq, bunu etməkdə qərarlıdır, lakin bu addım Qəzza zolağının hər qarışında vəhşicəsinə müharibə aparan İsrail tərəfindən əngəllənir", - o deyib.

Abbasın müşaviri hesab edir ki, Rusiya Yaxın Şərqdə sabitliyin, regional və qlobal sülhün əldə olunmasında əsas rol oynaya bilər. Onun sözlərinə görə, Rusiya Federasiyası “dünyada böyük çəkisi” olan böyük ölkədir və bu, ona beynəlxalq məsələlərdə “nüfuzlu rol oynamağa” imkan verir. Əl-Həbaş qeyd edib ki, Rusiyanın ərəb və İslam regionunda da “öz maraqları və görkəmli əlaqələri” var.

Bundan əvvəl Rusiya prezidenti Putin Yaxın Şərqdə münaqişənin eskalasiya dərəcəsinin regionu genişmiqyaslı müharibə astanasına qoyduğunu bildirmişdi.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN